AZ

Rəşad Sadıqov "Şamaxı" üzərində qələbəni belə şərh etdi

Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov qələbəni şərh edib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis mətbuat konfransında belə danışıb:

"Çox çətin oyun oldu. "Şamaxı" əvvəlki oyunlarda da yaxşı performans sərgiləmişdi. Rəqib qol vurandan sonra futbolçularımız yaxşı reaksiya göstərdi. İlk yarıda rəqib pressinq tətbiq etdiyi üçün oyunumuz alınmırdı. İkinci yarı isə fərqli ssenari ilə keçdi. Son 15 dəqiqədə "Şamaxı" təzyiq edirdi. Bizim də yaxşı əks-hücum imanlarımız oldu. İstifadə edə bilmədik. Bu oyunda heç-heçə bitsə belə, razı qalacaqdım.

Renato ilə Aydın Bayramov arasında insident? Nə olduğunu görməmişdim, açığı. Amma paltardəyişmə otağında öpüşüb görüşdülər. Olanlar meydanda qaldı".

Nihat

Seçilən
13
15
fanat.az

10Mənbələr