AZ

Putin və Tramp dialoq üçün hazırdır: Ukrayna münaqişəsi və sanksiyalar gündəmdədir – ÖZƏL

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla konstruktiv dialoq aparmağa hazır olduğunu bəyan edib. 

Olaylar.az xəbər verir ki, M.V. Lomonosov adına Moskva Dövlət Universitetinə səfəri zamanı Putin qeyd edib ki, görüş mövcud reallıqlara əsaslanmalı və hər iki tərəf üçün maraq kəsb edən bütün sahələri əhatə etməlidir.

"Biz görüşə hazırıq, lakin bu, ABŞ-nin hazırkı administrasiyasının mövqeyindən asılıdır. Real vəziyyəti nəzərə alaraq, ABŞ və Rusiya üçün maraqlı olan bütün istiqamətləri sakitcə müzakirə etməliyik," - deyə Putin "Rossiya 1" telekanalına verdiyi müsahibəsində bildirib.

Bundan əvvəl Donald Tramp yaxın vaxtlarda Putinlə görüş keçirmək arzusunu ifadə etmişdi. ABŞ Prezidenti vurğulamışdı ki, Rusiya lideri də danışıqlarda maraqlıdır və bu dialoqa dərhal başlamağa hazırdır.

Tramp həmçinin Ukrayna münaqişəsinin həll olunması ilə bağlı danışıqlara Moskvanın razı olmaması halında Rusiyaya qarşı sanksiyaların sərtləşdirilə biləcəyini qeyd edib. Kremlin mətbuat katibi Dmitri Peskov ABŞ liderinin sanksiya təhdidlərini yeni bir şey kimi qəbul etmədiklərini bildirib. O, xatırladıb ki, Tramp özünün ilk prezidentlik dönəmində ən çox sanksiya tətbiq edən ABŞ prezidenti olub.

Tramp həmçinin Ukrayna münaqişəsinin dərhal həllinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Ukrayna çətin vəziyyətdədir və buna görə məsuliyyəti Prezident Volodimir Zelenskiyə yükləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
50
olaylar.az

10Mənbələr