AZ

Trampın prezidentliyi Cənubi Qafqaz üçün hansı imkanlar yarada bilər? – TƏHLİL

Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimdəki nitqi əsasən daxili problemlərə yönəlsə də, orada qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərin gələcəyinə də vurğular var idi. ABŞ-nin yeni dövrdəki strategiyası təbii ki, Azərbaycanın da diqqət mərkəzindədir. Bakı Vaşinqtonla Tramp administrasiyası dövründə səmərəli, qarşılıqlı hörmət və maraqların təmininə əsaslanan əlaqələr qurmaqda maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyevin Donald Trampa ünvanladığı təbrik məktubunun xarakteri və məzmunu da Bakının Ağ Evdən konstruktiv istiqamətlərdəki gözləntilərini ifadə edir.

Oxu.Az “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir.

Trampın bəzi sərəncamlarına ümumi baxış

Trampın Oval kabinetdəki kürsüsünə əyləşər-əyləşməz imzaladığı sərəncamlar ABŞ-nin daxili prioritetlərdə müdafiə və təhlükəsizlik siyasətinin güc vasitəsilə həyata keçiriləcəyini vurğulayır. Xüsusilə Meksika kartellərinin xarici terror təşkilatı kimi tanınması, ABŞ-nin cənub sərhədləri boyunca fövqəladə vəziyyət elan edilməsi, sərhədə qoşunların yerləşdirilməsi qərarı sərhəd təhlükəsizliyi planlarında uğurlu nəticə əldə etməyinə hesablanıb. İlk baxışda Trampın sərəncamlarındakı “daxili kataloq” ABŞ-nin öz prioritetlərinə cavab vermək üçün qlobal fəaliyyətini məhdudlaşdıracağı təəssüratları yarada bilərdi. Lakin yeni prezidentin xarici siyasət doktrinasına da xüsusi diqqət yetirəcəyinə dair proqnozlar var. Trampın nitqində ABŞ-nin müttəfiqləri və ya ittifaqlar haqqında heç bir söz yox idi. Amma andiçmədən sonra Trampın ABŞ-ni Ümumdünya Səhiyyə Təşkilatından, Paris İqlim Sazişindən çıxarmaq barədəki qərarları, Rusiyaya Ukraynadakı müharibəni dayandırmaq barədəki ultimatumu Vaşinqtonun beynəlxalq rəqabət arenasında fərqli siyasət izləyəcəyini söyləməyə əsas verir. Trampın elan etdiyi prioritetlər aşağıdakı kimi təsnifləndirilə bilər:

– ABŞ-nin qlobal fəaliyyəti yenidən nəzərdən keçiriləcək,

– Bununla paralel olaraq, ABŞ-nin beynəlxalq təhlükəsizlik və sabitliyin təminatçısı kimi rol almaq üçün imtiyazları genişləndiriləcək.

 

 

 

 

 

Seçilən
49
50
editor.az

10Mənbələr