AZ

Ekspert: “Tramp administrasiyası Ermənistanla münasibətlərdə əvvəlki fəallığı göstərməyəcək” – ÖZƏL

"ABŞ-nin yeni prezidenti Donald Trampın administrasiyası Ermənistanla ikitərəfli münasibətlərdə əvvəlki prezident Co Baydenin administrasiyasının göstərdiyi fəallığı nümayiş etdirməyəcək".

Olaylar.az xəbər verir ki, bu fikri yanvarın 27-də jurnalistlərlə görüşdə Ermənistan-Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyan bildirib.

Erməni ekspertin sözlərinə görə, Bayden Ermənistan və regionun xüsusiyyətlərini daha yaxşı bilirdi. Onun yanaşması daha dərin və detallı idi. "Ümumiyyətlə, Baydenin ermənilərlə əlaqələri çox yaxşı olub, özü də uzun illər ərzində. Hətta senator olduğu dövrdə ABŞ tarixində ən çox ermənipərəst siyasətçi kimi tanınırdı. Bu fakt onun Ermənistan məsələlərinə məlumatlı yanaşmasını təmin edib və bu, mühüm rol oynayıb," - deyə Sarkisyan qeyd edib.

Donald Tramp isə bu məsələlərdə daha az məlumatlıdır. Sarkisyanın fikrincə, onun xarici siyasəti Co Baydenin siyasətindən əhəmiyyətli dərəcədə fərqlənəcək. "Onların baxışları yalnız prinsipial deyil, həm də ciddi fərqlərə malikdir. Bu fərq yaxın həftələrdə daha aydın hiss olunacaq," - deyə politoloq əlavə edib.

O həmçinin vurğulayıb ki, Bayden administrasiyasının Ermənistanla sıx əlaqələrini davam etdirməsi İrəvan üçün böyük əhəmiyyət kəsb edirdi, lakin Tramp administrasiyası bu istiqamətdə eyni səviyyədə maraq göstərməyə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
50
olaylar.az

10Mənbələr