Bakı, TurkicWorld
İsrailin Qəzzadakı atəşkəs razılaşması çərçivəsində 70 fələstinli məhbusu azad edilərək, Misirə gətirilib.
TurkicWorld xəbər verir ki, Misirin "Qahirə Xəbər Kanalının məlumatına görə, məhbuslar Qəzza zolağı ilə Rəfah sərhəd keçidindən Misir tərəfinə keçiblər.
Məlumata əsasən, Türkiyə, atəşkəs razılaşması çərçivəsində deportasiya edilən bütün Qüds məhbuslarını qəbul edəcək.
Qeyd edək ki, səhər saatlarında HƏMAS, İsrail ilə mübadilə razılaşması çərçivəsində azad edilmiş dörd israilli qadın əsgəri Beynəlxalq Qırmızı Xaç rəsmilərinə təhvil verib. Bu hadisə Qəzza şəhərinin mərkəzində yüzlərlə fələstinlinin və onlarla HƏMAS və İslami Cihad döyüşçüsünün iştirak etdiyi izdihamlı bir tədbir zamanı baş verib.
Digər tərəfdən, mübadilə razılaşması əsasında azad edilən fələstinli məhbusları daşıyan avtobuslar iki İsrail həbsxanasından çıxıb. Avtobusların işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ofer həbsxanasından və İsrailin cənubundakı Negev bölgəsindəki Kitziot həbsxanasından yola düşdüyü bildirilib.