AZ

Komanda yoldaşını vurduğu üçün qırmızı vərəqə aldı!

Qəribəliklərlə dolu olan Türkiyə çempionatında yenə yaşıl meydanlarda çox nadir hallarda görünən bir olay yaşandı.

''Football-plus.az'' xəbər verir ki, superliqanın 21-ci turunda ''Sivasspor'' ilə ''Kayserispor'' üz-üzə gəldi. Meydan sahibləri iki erkən qolla 2:0-lıq üstünlük yaxaladılar. Qarşılaşmanın 23-cü dəqiqəsində isə qonaqların heyətində iki futbolçu bir-biri ilə mübahisə etdi. Hakimin təyin etdiyi cərimə zərbəsindən sonra oyun dayanmış vəziyyətdə olarkən kamerunlu Stefan Bahoken portuqaliyalı Migel Kardozoya sərt şəkildə etirazını bildirərək hətta onun sifətinə zərbə endirdi. Hakim Burak Pakkan isə dərhal Bahokenə qırmızı vərəqə göstərdi!

32 yaşlı təcrübəli forvard uzun müddət qərara etiraz etsə də, hakimin qərarı dəyişmədi. ''Kayserispor'' 1 saatdan çox azlıqda oynamaq məcburiyyətində qaldı və yekunda 1:4 hesabı ilə məğlub oldu. Türkiyə Futbol Federasiyasının bu epizodla bağlı qərarının necə olacağı maraq doğurur.

Türkiyədə buna bənzər olay sonuncu dəfə 2021/22 mövsümünün açılış həftəsində baş vermişdi. Həmin vaxt ''Qalatasaray'' səfərdə ''Giresunspor''la qarşılaşmış və 2:0 qalib gəlmişdi. Amma oyundan çox Markao ilə Kərəm Aktürkoğlu arasında yaşanan epizod yaddaşlarda iz buraxmışdı. Markao 63-cü dəqiqədə Kərəmi vurduğu üçün qırmızı vərəqə alaraq meydanı vaxtından əvvəl tərk etməli olmuşdu. ''Qalatasaray'' braziliyalı futbolçuya pul cəzası, TFF isə 8 oyunluq cəza vermişdi. Daha sonra Fatih Terimin təkidi ilə Markao məşqdə həm komanda yoldaşlarından, həm də Kərəmdən üzr istəməli olmuşdu.

ƏLİ

Seçilən
8
2
football-plus.az

10Mənbələr