AZ

Dünyanın ən böyük aysberqi: Bir ildə 1400 km yol gedib

Aysberq A23a 2024-cü ilə qədər ərimə səbəbindən ərazisinin təxminən 9%-ni itirib.

Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Arktika və Antarktika Tədqiqat İnstitutunun buz və hidrometeorologiya üzrə baş mütəxəssisi Polina Soloşçuk bildirib.

A23a 1986-cı ildə Filçner Buz Şelfindən qopmuş dünyanın ən böyük aysberqidir. Onun ərazisi, bəzi mənbələrə görə, 4170 km2-dir ki, bu da Nyu Yorkun ərazisindən üç dəfə çoxdur.

Mütəxəssis qeyd edib ki, hazırda o, Cənubi Corciya adasından təqribən 300 km aralıda sürüşməyə davam edir.

Soloşçuk A23a-nın kifayət qədər güclü olduğunu qeyd edərək deyib: “2023-cü ilin noyabr ayından bəri təmiz suda sürüşməsi zamanı aysberqin əriyir və bu yaxınlarda ölçüsündə kiçilmənin başladığı nəzərə çarpır”.

Soloşçuk qeyd edib ki, A23a kifayət qədər güclüdür, forması dalğalara və pis hava şəraitinə davamlıdır.

O əlavə edib ki, son bir ildə aysberq təxminən 1400 km yol qət edib.

Bu həftə “Daily Mail” tabloidi Cənubi Atlantik okeanında yerləşən Cənubi Corciya adasının A23a ilə toqquşma təhlükəsi ilə üzləşdiyini bildirib.

Bundan əvvəl Antarktidadan İsveçrə boyda aysberqin qopacağı barədə məlumat yayılmışdı.

Seçilən
14
7
tribunainfo.az

10Mənbələr