Son aylarda İranda 1094-dən çox denge qızdırması halı aşkarlanıb.
Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, yoluxanlardan 883 nəfərin başqa bir ölkəyə səfəri olmayıb.
Ən çox yoluxma halı Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində qeydə alınıb. Burada 870 nəfər xəstəliyə yoluxub. Daha 13 hadisə isə Hormozqan əyaləti ilə bağlıdır.