AZ

İnsan alveri yeni formada gəlir, onun qarşısını necə ala bilərik? QHT sədrindən AÇIQLAMA

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, "Ümid Yelkənləri" İnsan Alverinə Qarşı İctimai Birliyinin sədri Fatma Allahyarova QHT.az-a açıqlamasında insan alveri ilə bağlı mühüm məqamlara toxunub. O, qeyd edib ki, insan alveri yalnız cinsi istismar məqsədli hallarla məhdudlaşmır və bu cinayət bir çox digər istismar formalarını da əhatə edir.

Fatma Allahyarova vurğulayıb ki, istismarın müxtəlif və yeni formalarına dair biliklər tədricən artır:

"Son araşdırmalar göstərir ki, əməyin istismarı və xaricə işləmək üçün gedən səriştəsiz insanların istismarı böyük problemə çevrilir. İnsan alverçiləri öz cinayət fəaliyyətlərini dəyişən şəraitə uyğunlaşdıraraq yeni üsullar tətbiq edir. Buna görə də, insan alverçilərinin istifadə etdiyi metodları anlamaq və istismarın müxtəlif formalarına dair bilikləri artırmaq vacibdir."

Fatma Allahyarova həmçinin qeyd edib ki, istismarın yeni formalarına qarşı effektiv mübarizə aparmaq üçün ictimai maarifləndirmə və qanunvericilik tədbirləri gücləndirilməlidir.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı çərçivəsində “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı” çərçivəsində hazırlanıb.   

 

Pərvanə Fərhadqızı

Seçilən
16
21
qht.az

10Mənbələr