Dünən Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə seçkilər keçirilib.
Seçkilər səhər saat 08:00-dan başlayaraq axşam saat 19:00-da yekunlaşıb.
Bələdiyyə seçkilərində adları seçki bülletenlərinə daxil edilən namizədlərin sayı 16092 nəfər olub. 16092 namizədin 8424-ü 23 siyasi partiya tərəfindən irəli sürülüb. 16092 namizədin təqribən 31 %-i qadınlardır. Namizədlərin 82 %-i ali təhsillidir.
Bələdiyyə seçkilərinin gedişatı ilə bağlı “Cebheinfo.az”a açıqlamasında Ana Vətən Partiyasının (AVP) qurucusu, sabiq deputat Fəzail Ağamalı bildirib ki, partiya daxil olan məlumatlara görə, seçki prosesi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə keçirilmiş, səsvermə prosesində şəffaflıq, azad və demokratik mühit təmin olunmuşdur:
“Bildirim ki, artıq Azərbaycanda bələdiyyə seçkiləri ilə bağlı səsvermə yekunlaşıb. Ana Vətən Partiyası bütün bələdiyyə seçkilərində olduğu kimi bu seçkilərdə də fəal şəkildə iştirak edib. Çoxsaylı namizədlər arasından daha şanslıları və rəqabətdə qalib gələ biləcək şəxsləri müəyyənləşdirdik və 20 nəfərlə bələdiyyə seçkilərinə qatıldıq.
Həmçinin, çoxsaylı müşahidəçilərlə bələdiyyə seçkilərinin gedişini izlədik.
Məhz seçkilərdə iştirak edən bütün namizədlər üçün bərabər imkanlar yaradılmışdır. Düşünürəm ki, bu yeni çağırışa uyğun olaraq üzərinə düşən vəzifənin həyata keçirilməsi üçün daha layiqli namizədlərin seçilməsini təmin etdi.
Hələlik Ana Vətən Partiyasının 20 namizədinin içərinsində kimi uğur qazandığına dair tam olaraq məlumat əldə etməmişik. Lakin ilkin məlumatlara görə, bu seçkilərdə Ana Vətən Partiyası öz namizədləri ilə ciddi uğur qazanmaq imkanındadır”.
Fəzail Ağamalı qeyd edib ki, Ana Vətən Partiyası bütün namizədlərin аzаd və bərаbərhüquqlu rəqаbət şəraitində başa çatan seçki prosesinin yekununu ölkə vətəndаşlаrının Kоnstitusiоn hüququndаn аzаd, sərbəst şəkildə istifаdə еtmələrinin məntiqi nəticəsi kimi qiymətləndirir, Azərbaycan xalqını növbəti bələdiyyə seçkilərinin bаşa çatması və nəticələrinə görə təbrik еdir:
“İştirak edən namizədlərimizin seçkilərdə əldə etmiş olduğu nəticələrlə bağlı növbəti saatlarda dəqiq məlumatlar mətbuata veriləcək”.