AZ

Ekspert: “ Bələdiyyə seçkilərində fəallıq aşağı idi"

Yanvarın 29-u ölkəmizdə bələdiyyə seçkiləri keçirildi.

Seçki prosesi saat 8:00-da başlayıb, 19:00-da sona çatıb. Seçki ölkə ərazisindəki 118 seçki dairəsini əhatə edən 5 min 846 məntəqədə keçirilib. 685 bələdiyyənin 8 min 71 üzvü üçün 16 min 92 namizəd mübarizə aparıb.

Qeyd edək ki, bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici olub.

Seçki prosesi barədə Crossmedia.az-a açıqlama verən bələdiyyə eksperti Fərman Salmanlı gedişatdan bəhs etdi.

 “Ümimilikdə respublika üzrə 125 seçki dairəsi mövcuddur ki, işğaldan yeni azad edilmiş rayonlarımızın yaşayış məntəqələrində sakinlər tam məskunlaşmadığından seçkilər 118 dairədə baş tutub. 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvünün seçilməsi üçün 5 milyon,961 min, 987 nəfər seçicidən cəmi 1.874.810 nəfər  səsvermədə iştirak edib. Bu isə 31.45 faiz seçicinin iştirak etməsi deməkdir.

Seçki nəticələrini təhlil edərkən ilk öncə vurğulamalıyam ki, seçkidən əvvəl söylədiyim kimi, bu seçkidə əhalinin iştirak faizi son 5 ildə bələdiyyələrin fəaliyyətinə verilən qiymət olacaq. Bir sözlə, seçicilər bələdiyyələrin son 5 illik fəaliyyətinə 3 qiymətini verib. Seçici fəallığının 31.45 faiz təşkil etməsi respublika üzrə ortalama nəticədir.Bəzi dairələrdə hətta 24.45 faiz seçici fəallığı olub”- o bildirib. 

Analitik, həmçinin bələdiyyə seçkiləri gedişatının ötən illərə nisbəti haqqında da danışıb: Müqayisəli analiz etsək 2019-cu ilin dekabrın 23-də keçirilən keçirilən bələdiyyə seçkisində fəallıq 32.69 faiz təşkil edib. Ümid edirdim ki, bu seçkilərdə seçicilər daha aktiv iştirak edəcək. Lakin 2019-cu ilin bələdiyyə seçkisi ilə müqayisədə seçici fəallığı 1.24 faiz aşağı düşüb. Bütün bunlar yeni seçilmiş bələdiyyə üzvlərinin və rəhbər heyətinin üzərinə böyük məsuliyyət qoyur.

“Əgər bələdiyyə orqanları növbəti bələdiyyə seçkilərində seçici aktivliyini artırmaq istəyirlərsə, öncə öz əməli fəaliyyətləri ilə xalqın etimadını qazanmalıdırlar”.

"Cebheinfo.az"

 

Seçilən
3
50
cebheinfo.az

10Mənbələr