Azad Vətən Partiyası dünən (29 yanvar) keçirilən bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.
“Cebheinfo.az” həmin bəyanatı olduğu kimi təqdim edir:
“Biz Azad Vətən Partiyası olaraq ölkədə baş verən ictimai-siyasi hadisələri dövlətçilik mövqeyindən dəyərləndiririk. Bu baxımdan bələdiyyə seçkilərini uğurlu addım hesab edirik. Ölkəmizdə fəaliyyət göstərən 26 partiyadan 23-nün bu seçkilərdə iştirak etməsi cəmiyyətimizdə demokratik prinsiplərin inkişafının göstəricisidir.
Seçki marafonuna qoşulanlar arasında Azad Vətən Partiyası da var idi. Səsvermə günü partiyamızın adından müşahidəçi kimi qeydiyyatdan keçmiş üzvlərimiz onlarla məntəqədə seçkinin gedişini izlədi. Razılıq hissi ilə qeyd etmək olar ki, artıq Azərbaycanda kifayət qədər demokratik təcrübəyə malik seçki sistemi bərqərar olub.
Hesab edirik ki, 2025-ci il bələdiyyə seçkiləri demokratik və azad rəqabət mühitində keçdi. Seçkilərdə qalib gələn partiyaları və ayrı-ayrı namizədləri təbrik edirik”.
“Cebheinfo.az”