AZ

Ədalət Partiyası bələdiyyə seçkiləri ilə bağlı bəyanat yaydı

29 yanvardakeçirilənbələdiyyəseçkiləriiləbağlıƏdalətPartiyasıbəyanatyayıb.

"Cebheinfo.az"-a daxil olan bəyanatda deyilir:

"Ədalət Partiyası hesab edir ki, 29 yanvar 2025-ci il tarixdə Azərbaycan Respublikasında keçirilən bələdiyyə seçkilərində seçkilərin ümumi nəticələrinə kölgə salacaq ciddi pozuntular baş verməyib.

Seçici fəallığının aşağı olmasına baxmayaraq, 158 nəfər müşahidəçimizin məlumatlarına əsaslanaraq hesab edirik ki, seçicilər səsvermə prossesində öz seçimlərini azad şəkildə ifadə edə bilmiş və prossesə kobud müdaxilələr olmamışdır. 

Ona görə də Ədalət Partiyası seçkini qanuni keçirilmiş hesab edir". 

Bəyanatda həmçinin qeyd olunub ki, Ədalət Partiyası xalqın seçiminə hörmətlə yanaşır və ümumilikdə bələdiyyə seçkilərinin nəticələri seçicilərin iradəsini əhəmiyyətli dərəcədə ifadə etdiyini hesab edir.

"Cebheinfo.az"

Seçilən
6
8
cebheinfo.az

10Mənbələr