AZ

ADP bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb

Azərbaycan Demokrat Partiyası (ADP) 29 yanvar 2025-ci il tarixində keçirilən növbəti bələdiyyə seçkiləri ilə bağlı bəyanat qəbul edib.

“Cebheinfo.az”-a daxil olan bəyanatda deyilir:

“29 yanvar 2025-ci il tarixində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərində ADP müxtəlif bələdiyyələrə 15 nəfər şəxsin namizədliyini irəli sürüb. Həmin mamizədlərdən 7 nəfər müxtəlif səbəblərə görə öz namizədliyinin irəli sürülməsindən imtina etmiş, 8 nəfər partiya üzvünün namizədliyi isə qeydə alınmış və seçki kampaniyasında iştirak edib. Bəzi bürokratik əngəllər istisna olunmaqla ADP adından bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsində, imzatoplama kampaniyasında və namizədlərin qeydə alınmasında maneələr qeydə alınmayıb.

ADP adından bələdiyyə seçkilərində iştirak edən namizədlər təbliğat-təşviqat kampaniyası zamanı Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçicilərlə görüşmək və seçki platformalarını seçicilərə çatdırmaq hüquqlarından istifadə edə biliblər”.

Bəyanatda qeyd olunub ki, ADP adından yüz nəfərə yaxın müşahidəçi bələdiyyə seçkilərində səsverməni müşahidə imkanına malik olub:

“ADP 29 yanvar 2025-ci il tarixində ölkədə keçirilən növbəti bələdiyyə seçkilərinin ilkin yekunlarını dəyərləndirərək hesab edir ki, vətəndaşlarda bələdiyyə seçkilərində iştiraka marağın və səsvermə günü seçici aktivliyinin zəif olmasını nəzərə alınaraq xalqın bələdiyyələrə olan inamının və marağının artırılması naminə Azərbaycanın da qoşulduğu “Yerli Özünüidarə haqqında” Avropa Xartiyasının tələblərinə uyğun olaraq Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikası Qanunu təkmilləşdirilməli və bələdiyyələrin nüfuzu artırılmalıdır.

ADP bələdiyyə institutlarının real statusa malik olacağını böyük hərbi zəfərlə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan dövlətinin unitar quruluşunun qorunmasına və möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edir”.

“Cebheinfo.az”

Seçilən
9
8
cebheinfo.az

10Mənbələr