Bakı. Trend:
ABŞ ilə münasibətlərdə yaranan çıxılmaz vəziyyətin öhdəsindəngəlmişik.
Trend xəbər verirki, bu haqda Kolumbiyanın xarici işlər nazirliyi bəyanat yayıb.
Bəyanata görə, ölkənin XİN rəhbəri Luis Hilberto Murilyo yaxınsaatlarda işgüzar görüşlər keçirmək məqsədilə Vaşinqtonayollanacaq.
“Biz ölkəyə deportasiya olunmuş kolumbiyalı kişi və qadınlarıqəbul etməyə davam edəcəyik və onları hüquqi subyekt olaraq layiqlihəyat şəraiti ilə təmin edəcəyik”, - deyə bəyanatda qeydolunur.
Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın qanunsuz miqrantlaraqarşı qəbul etdiyi bir sıra sərt ölçülər fonunda Kolumbiyarəhbərliyi deportasiya olunmuş kolumbiyalıları daşıyan ABŞtəyyarələrinin ölkənin aeroportlarında enişinə icazə verməyəcəyinibildirmişdi.
Yaranmış dilemma ilə əlaqədar iki ölkənin hökumət nümayəndələriqarşılıqlı ittihamlar və təhdidlər səsləndirmişdilər.
Bu arada Kolumbiya ilə ABŞ rəhbərliyinin miqrantlarla bağlırazılıq əldə etməsindən sonra Donald Tramp administrasiyasıKolumbiyaya qarşı “sərt tarif” rejimi tətbiq etməyəcəyinibildirib.
Bundan əvvəl Donald Tramp ABŞ təyyarələrinin enişinə qadağanınqoyulmasından sonra ölkəyə idxal olunan Kolumbiya mallarına qarşı25 faizlik rüsumun tətbiq olunmasına göstəriş vermişdi.