Polşa prezidentliyinə namizəd Karol Navroçki seçkilərdə qalib gələcəyi təqdirdə Avropa İttifaqının (Aİ) miqrasiya paktını ləğv etməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə Polşanın "WirtualnaPolska" portalı yazır.
"Biz normal Polşa istəyirik. Və məhv edən bir ideologiyanın asılı olduğu Polşa deyil", deyə prezidentliyə namizəd bildirib.
Onun sözlərinə görə, Polşa açıq dövlətdir, lakin sərhədlərinə nəzarət etməlidir.
2025-ci ilin yanvarında Polşa baş nazirinin müavini Kşiştof Qavrovski bildirmişdi ki, “rus qrupu” ölkədəki prezident seçkilərinə təsir etməyi planlaşdırır.
Qavrovskinin sözlərinə görə, Polşada kəşf edilən qrup Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsi tərəfindən ilhamlanıb və təlim keçib. Polşa baş nazirinin müavini iddia edir ki, sözügedən şəxslərin dezinformasiya yaymaqla və oxşar fəaliyyətlər üçün insanları cəlb etməklə məşğul olduqları iddia edilir.
Yanvarın 9-da Polşa Seyminin (Polşa parlamentinin aşağı palatası) spikeri Şimon Holovniya ölkədə prezident seçkilərinin mayın 18-də keçiriləcəyini bəyan edib.
Samir