Uzun müddətdi sponsor axtarışında olan “Kəpəz” bu həsrətə son qoyub.
Gəncə təmsilçisinin yeni himayədarı “Səbail”lə matçda komandanı iş başında izləyib. Adı hələ ki, açıqlanmayan şirkət rəhbərliyi “sarı-göylər”in oyunu üçün Bayıl arenaya gəlib.
İdmanxeber.az-a verilən məlumata görə, komanda cari mövsümdə Premyer Liqadakı mövqeyini qoruyacağı təqdirdə yeni sponsor “Kəpəz”ə 2025/2026 mövsümündə 2.5 milyon manat ayırmağı düşünür.
Dövlətin də ayırdığı 3 milyon manatı nəzərə alsaq, “Kəpəz” bu mövsüm Premyer Liqada qalmağı bacarsa, yeni sezonda klubun büdcəsi toplamda 5.5 milyon manat edəcək.
Xatırladaq ki, Gəncə klubu təxminən bununla 3-cü mövsümdü ki, sponsorsuz Premyer Liqada mübarizə aparır.