"Zirə" Misli premyer-liqasının 20-ci tur matçında "Şamaxı"nın meydanından qalib ayrıldı.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbut konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox çətin səfər oyununu geridə qoyduq. "Şamaxı" son 5 turda yüksək peşəkarlıq göstərirdi. Bu üzdən matçın ağır keçəcəyini bilirdik. Belə oyunlarsa nizam-intizamı qorumaq və xarakter göstərmək vacibdi. Komandalar qola qədər kəşfiyyat xarakterli çıxışla yadda qaldı. "Şamaxı"nın hesabı açmasından sonra yaxşı cavab verdik. Komandam ikinci hissədə daha əzmkar oynadı. Hətta bir xalı belə normal nəticə kimi qəbul edərdim.
- İki fərqli hissə izlədik. İlk yarıda oyununuzun alınmamasının səbəbi nə idi?
- Meydan sahibləri birinci hissədə aqressiv şəkildə təzyiq göstərdi. Belədə topla oyunumuz istədiyimiz səviyyəsə alınmadı. İkinci yarıda bunu bacardıq və çox vacib üç xala yiyələndik.
- Ruan Renato və Aydın Bayramov arasında yaşanan münaqişəni necə şərh edərdiz?
- Düzü, nə baş verdiyini vaxtında görmədim. Ümid edirəm ki, ciddi nəsə yoxdu. Gərgin və stressli oyun keçirdik. Futbolçularımın bir-biriylə mehriban olduğuna şübhəylə yanaşmıram. Paltardəyişmə otağında bir-biriylə qucaqlaşdılar, barışdılar. Meydanda olan meydanda qalmalıdı. Belə də oldu.
- "Zirə" sonuncu dəfə noyabrda "Neftçi"yə uduzub. Artıq çempionatın əvvəlindəki gərginlikdən xilas olduğunuzu düşünürsüzmü? Komanda qalan oyunlara psixoloji cəhətdən hazırdımı?
- Gələcəklə bağlı dəqiq proqnoz vermək mümkün deyil. Futbolçularım istənilən cəhətdən daha hazırlıqlı olmalıdı. Rəqibləri analiz etməliyik. 3-4 il əvvəlki çempionat deyil ki... Ötən tur "Kəpəz" "Turan Tovuz"u, "Səbail" "Sumqayıt"ı məğlub etdi. "Sabah" - "Neftçi" oyununda gərgin mübarizə izlədik. "Şamaxı" "Qarabağ"a qarşı çox yaxşı, döyüşkən oyun sərgilədi. Güclər demək olar ki, bərabər səviyyədədi. Deməli, daha məusliyyətli olmaq lazımdı. Mövsümün qalan hissəsi daha gərgin keçəcək.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta