Azərbaycan Premyer Liqasının XX turunun “Şamaxı” – “Zirə” (1:2) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…
– Olduqca çətin səfər oyunu alındı. Əvvəlki turlarda da “Şamaxı” yaxşı performans sərgiləyirdi. Oyunçularıma da bu barədə danışmışdım. Bu oyun kəşfiyyat karakterli idi. Futbolçularım qoldan sonra yaxşı reaksiya verdi. İki fərqli hissə izlədik. Sanki ilk yarıda oyununuz alınmadı…
– Çempionatın əvvəlindəki gərginliyin arxada qaldıöını demık olar?
– Xeyr. “Səbail”, “Kəpəz”in qələbə qazanması “Neftçi” – “Sabah” oyununun gərginliyi çətin olacağını göstərir. Xırda detallar önəmli rol oynayacaq. Bu gün heç-heçə də etsəydik uğurlu nəticə sayacaqdım.
– “Zirə” psixoloji cəhətdən qarşıdakı oyunlara hazırdır?
– Oyunun startında fərqli başlanğıc gözləyirdim. Amma alınmadı. Sabah necə olacağını bilmirsən. Amma düşünürəm ki, futbolçular psixoloji cəhətdən daha yaxşı olmalıdırlar. Bu 3-4 il əvvəlki çempionatımız deyil. Hesab edirəm ki, futbolçularım daha da məsuliyyətli olmalıdır.
Mirkamal Kazım