AZ

Akinfeyev “Sabah”ın baş məşqçisini küləyə bənzətdi

style='margin-bottom:10px;'>

Moskvanın SSKA klubunun qapıçısı İqor Akinfeyev Vasili Berezutskinin Çinin “Şanxay Şenxua” klubundan ayrılaraq Azərbaycanın “Sabah” komandasına keçməsini ironik şəkildə tənqid edib.

QOL.az xəbər verir ki, bu barədə  Rusiyanın “Matç TV” kanalının saytı məlumat yayıb. 

“Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidir (Aleksey Vasilinin əkiz qardaşıdır - red.). Vasya külək kimidir. O, bu yaxınlarda müsahibə verib və Çində ona necə gözəl olduğunu dedi. İki gün sonra isə Azərbaycanda bir klubun baş məşqçisi olundu (gülür)” - deyə Akinfeyev TNT kanalında "Şou Voli" proqramının efirində bildirib.

42 yaşlı Vasili Berezutski “Sabah”dan əvvəl SSKA, “Krasnodar” komandalarının da məşqçilər korpusunda çalışıb.

Seçilən
7
3
teleqraf.com

10Mənbələr