İsmayıllı sakini dərmandan zəhərlənərək ölüb.
APA-nin Şirvan bürosu xəbər verir ki, yanvarın 27-si saat 12 radələrində İsmayıllı rayon sakini 2022-ci il təvəllüdlü Şiralı Ramil oğlu Tahirov yaşadığı evdə dərmandan zəhərlənmə ilə Göyçay rayon xəstəxanasına gətirilib. Həkimlərin bütün səylərinə baxmayaraq, azyaşlı orada ölüb.