AZ

Kapitan: “Yerli oyunçularımız yetərincə güclüdürlər”

“Üstünlüyümüz evdə, doğma meydanda azarkeşlərimizin önündə oynamağımızdır. Onların hər qələbəmizdə rolu var”.

Futbolpress.az xəbər verir ki, bu sözləri “Ordu” ilə kubok oyunu öncəsi klubun mətbuat xidmətinə açıqlamasında “Gəncə” basketbol klubunun kapitanı Elşad Şirzadov deyib. O, “Gəncə”nin fanatları ilə güclü olduğunu bildirib:

“Tribunalarda azarkeşləri görmək olduqca xoşdu. Oyun boyu bizə lazımı dəstəyi verirlər. Ona görə onları “Ordu” ilə kubok matçına da dəvət edirəm. Biz bu görüşə xüsusi motivasiya ilə çıxacağıq. Çünki sonuncu qarşılaşmada rəqibimizə uduzmuşuq. Məşqçilərimizin köməyi ilə oyuna intensiz məşqlər etməklə hazırlaşırıq. Meydana yalnız qələbə üçün çıxacağıq”.

“Gəncə” – “Ordu” matçı Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları çərçivəsində baş tutacaq. Bu mərhələnin görüşləri bir oyundan ibarətdir. Kubokun reqlamentinə əsasən, meydanda eyni anda iki yerli basketbolçu çıxış etməlidir. Şirzadovun fikrincə, “Gəncə”nin heyətində iki milli üzvünün olması komandasının üstünlüyüdür:

“Təbii ki, bu, belədir. Mən və Cəbrayıl Əkbərov yığmada çıxış edirik. Limitə görə üstünlüyümüz var. U-21 yığmasında oynayan Azər Əzimovu, eləcə də Maqsud Rüstəmovu da unutmaq olmaz. Düşünürəm ki, bizim yerli oyunçularımız yetərincə güclüdürlər. Kubokda avantajımız var”.

“Gəncə” və “Ordu” klubları qısa müddət ərzində 2 dəfə qarşılaşacaqlar. Kubok qarşıdurmasından 3 gün sonra komandalar çempionat matçında üz-üzə gələcəklər:

“Çempionatda limit fərqlidir. Məşqçilər tərəfindən seçilən oyun sistemimiz var. Dediyim kimi, son çempionat matçında “Ordu”ya məğlub olduğumuzdan bu komandaya qarşı oyunlara ciddi hazırlaşırıq. Hər detalı incələyirik. Revanş almaq istəyirik. Bundan sonrakı bütün görüşlər bizim üçün çox vacibdir. Qrup birincisi olaraq 1/4-ə finala birbaşa adlamaq istəyirik. Məqsədimiz budur”.

Seçilən
17
2
futbolpress.az

10Mənbələr