AZ

Azərbaycan səfiri Rusiya XİN-ə çağırıldı – Təcili

Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Rusiya Xarici İşlər Nazirliyinə dəvət olunub. Rusiya XİN-in yaydığı məlumata görə, səfirlə görüşdə müxtəlif mövzular, o cümlədən Azərbaycan mətbuatında yer alan bəzi məqalələr müzakirə edilib.

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin görüş zamanı Azərbaycan mətbuatında Rusiyaya qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib.Rusiya XİN-in bəyanatında qeyd olunub:

"Son dövrlərdə Azərbaycan mətbuatında Rusiyaya qarşı yönələn məqalələr və Bakıda “Rus Evi” əleyhinə yayılan dezinformasiya kampaniyası ciddi narahatlıq doğurur."

Görüşdə, həmçinin Azərbaycan Hava Yollarına məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verən qəzaya dair müzakirələr də aparılıb. Rusiya tərəfi qəzanın bütün hallarının araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanmasının vacibliyini vurğulayıb.

Seçilən
7
10
bakuinfo.net

10Mənbələr