AZ

“Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Ermənistanın xarici siyasəti başıpozuq siyasətdir. Çünki xarici siyasət vektoru istənilən normal yetkin dövlətdə həmişə bir, üç və ya beş günlük cızılmır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

Tofiq Abbasov sözlərinə belə davam edib: “Yəni bu vektor uzun müddətli bir paradiqma kimi müəyyən edilir və həmin o vektorun üzərinə də həmişə yeni hədəflər, sonra cari məsələlərin həlli ilə bağlı yanaşmalar və s. müəyyən edilir. Bu baxımdan Ermənistan çox anlayışmayan və fərqli bir mövqe nümayiş etdirir. Çünki ilk dəfə özünü Rusiyanın müttəfiqi sayan, digər tərəfdən Rusiyanın hərbi bazasını ora gətirən 49 illik o bazanın fəaliyyəti ilə bağlı sənəd imzalayan İrəvan siyasətini dəyişir və bildirir ki, guya onun yolu yalnız və yalnız Qərbə doğrudur. Düzdür, bir yandan çox alovlu, səsli-küylü bəyanatlar səslənir ki, biz artıq yeni müttəfiqlərlə iş birliyinə qatılacağıq, parlament səviyyəsində araşdırmalar, sonra xüsusi komissiya yaradılır, sonra Avropa İttifaqına müraciətlər edilir və bildirilir ki, bəli, bizim qərarımız qətidir və biz Avropaya gedirik. Amma digər tərəfdən də Avrasiya məkanından və digər strukturlardan ki Ermənistan orada artıq mövcuddur, üzv kimi onlar imtina etmirlər.

Bəli, sözdə deyirlər ki, “biz çıxırıq sonra fəaliyyətimizi dondururuq”. Amma hüquqi baxımdan heç bir addım atmırlar ki, bu prosesləri rəsmiləşdirsinlər və göstərsinlər ki, bunların məramı ciddidir. Mən elə başa düşürəm ki, bu iki stulda eyni vaxtda oturmaq cəhdidir və bir yandan çalışırlar ki, Rusiyanı hardasa guya özləri ilə bağlı qorxutsunlar ki, biz artıq sizdən qırılırıq, Qərbə doğru gedirik.

Digər tərəfdən Qərbə də “xox gəlirlər” ki baxın biz sizə tərəf gəliriksə, deməli bizim qayğılarımızın yükünü, məsuliyyətini, ağırlığını siz öz üzərinizə götürməlisiniz. Yəni bu çox qeyri-ciddi bir yanaşmadır, yetkin dövlət sonra yetkin siyasi klasser belə yanaşma heç vaxt sərgiləməz. Çünki ilk növbədə özünə hörmət etməlidir. Birincisi məsələ heç onda da deyil ki, Avropa İttifaqı ilə bunun yerüstü sərhədi yoxdur. Axı xarici siyasət elə bir şey deyil. Məsəl üçün əlcək deyil ki, siz tez-tez onu dəyişəsiz. Məsələn, Avrasiya məkanıdır, digər Rusiya ilə müttəfiqlik münasibətləridir. Onlar müəyyən edilmiş qanunvericilik aktları ilə sazişlərlə sonra razılaşmalarla tənzimlənir. Elə bir sazişlər imzalananda onlar bir-beş günlük imzalanmır axı. Onların uzun müddətli təsirləri olur və o cümlədən deyə bilməzlər ki, bu günləri biz artıq Rusiya ilə bağladığımız o müttəfiqlik sənədlərindən birdəfəlik imtina edirik və bu biri tərəfə keçirik.

Bilirsiniz, Avropa İttifaqının qonşuluq siyasəti dildə, sözdə çox cazibəlidir, çox rəngarəng və diqqət çəkəndir. Amma Avropa İttifaqına hər ölkə üzv ola bilir? Şərq tərəfdaşlığında Ermənistan var, Azərbaycan da var, Gürcüstan da var, Belarus da var, Moldova da var, Ukrayna da var. Onlardan hansından biri yaxınlaşdı ki, Avropanın sərhədlərində biz artıq gözləyirik icazə verən keçək qəbul otağında oturaq. Sonra da artıq bizi rəsmiləşdirin. Ermənistan çox onlara yaraşır. Çünki həqiqətən də onlar bu səviyyədədirlər. Ara siyasəti aparan səviyyədədirlər. Yəni odu söndürüblər külü ilə oynayırlar və Rusiya özü də bu proseslərlə əlbəttə ki barışmır.

Son günlərdə də biz gördük ki, Sergey Lavrov bir neçə mesaj səsləndirdi və bildirdi ki, Ermənistan bu işlərdə hardasa dəbdəbəli vədlər və çağırışlar edir. Amma digər tərəfdən bizim münasibətlərimiz davam edir və səhv etmirəmsə, Sergey Lavrov İrəvana səfərə də gəlməlidir. Əlbəttə, bunlar bilirsiniz popuristcəsinə çıxışlarını çox səsli-küylü bir formada edirlər, necə deyərlər havanı titrədirlər. Amma işə gəldikdə, tətbiqi sahəyə gəldikdə heç bir hərəkətləri yoxdur. Mən elə bilirəm ki, bu sadəcə vaxt udma cəhdidir. Paşinyanı ən çox düşündürən odur ki, qarşıdan gələn növbəti parlament seçkilərində uduzmasın, hakimiyyəti əldən verməsin. Yəni hakimiyyətdə qalmaq onun ürəyincədir. Biz görürük o necə hətta özü-özünü piyar edir, gah mətbəxdə yemək bişirir, gah velosipedlə gəzir, gah şəkillər çəkdirir və s. Bunlar hamısı qeyri-ciddi təsirlər bağışlayır. Çünki əgər həqiqətən də Ermənistan sözün əsl mənasında subuektliyi olan suveren dövlət olsaydı və onun əldə etdiyi nailiyyətlər, irəliləyişlər olsaydı əlbəttə, burada biraz meymunluq eləmək də olar. Sənin ölkən bərbad vəziyyətdədir, insanların bir ucdan ölkəni tərk edir, yalandan sən burada məlumat yayırsan ki, diasporadan çıxanların sayı Ermənistandan çıxanların sayından qat-qat artıqdır".

Ayşən Vəli

Seçilən
20
50
sia.az

10Mənbələr