Microsoft-un qurucusu, milyarder Bill Qeyts İlon Maskın Avropadakı populist ritorikasını tənqid edərək onun təsirini dəlilik adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.
Microsoft-un qurucusu İlon Maskın Almaniyada yaxınlaşan seçkilərə müdaxiləsini və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə bağlı çıxışlarını tənqid edib.
"Həqiqətən də onun (Maskın) ölkələrdə siyasi vəziyyəti sabitləşdirmək əvəzinə pozması dəlilikdir", deyə Bill Qeyts bildirib.
O vurğulayıb ki, ABŞ-da xaricilərə siyasi kampaniyalara pul qoymaq icazəsi verilmir. Biznesmen həmçinin digər ölkələrə zəngin xaricilərin onların seçkilərinə təsir göstərməsinin qarşısını almaq üçün tədbirlər görməyi təklif edib.
13 yanvar tarixində İlon Mask Böyük Britaniyanın baş naziri Kir Starmeri ABŞ-da prezident seçkilərini pozmaq üçün agentlər göndərməkdə ittiham edib.
Dekabr ayında İlon Mask bildirib ki, yalnız Almaniyada sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının hakimiyyətə gəlməsi ölkəni xilas edə bilər. Bundan sonra Der Spiegel jurnalı yazıb ki, Almaniyanın kanslerliyinə namizədlər Olaf Şolts, Fridrix Merts və Robert Habek amerikalı milyarderin sözlərinə qəzəblənib.
Poliqon.info