AZ

Kreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir — Millət vəkili

“Azərbaycan və Rusiya arasındakı münasibətlər zaman-zaman fərqli olub. Ümumi kontekstdən yanaşsaq, ölkələrin arasında münasibətlər normal formada cərəyan edib”.

Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

O qeyd edib ki, iki ölkə arasında bir çox sahələri əhatə edən müsbət məqamlar yer alır:

“İki ölkə başçısı arasındakı şəxsi münanasibətlər ölkələrin bir çox sahələrdə əməkdaşlığını daha da şəkilləndirir. Təəssüflər olsun ki, zaman-zaman Rusiya mediası tərəfindən Azərbaycanı tənqid edən məsələlər, iki ölkə arasında münasibətlərə kölgə salan məqamlar kifayət qədər olub.  Elə bu gün də davam etməkdədir. AZAL-a məxsus sərnişin təyyarəsi Rusiya hava məkanında kənar müdaxiləyə məruz qalıb.Bundan sonra baş verən hadisələr əslində, normal məcrada tənzimlənməli idi. Yəni, Rusiya bu mənada artıq istintaqın ilkin nəticələrinə görə, hərəkətə keçməli idi. Onlar bütün bunları  kənara qoyub, bu cinayət hadisəsini ört-basdır etməklə məşğul olurlar”.

Millət vəkili əlavə edib ki, Rusiya mediası ard-arda təxribat xarakterli məlumatlar, bəyanatlar verir:

“Bu təbii ki, yol verilməzdir. Artıq qara qutunun oxumasından bağlı bir neçə məlumat da mediaya sızdırılıb. Konkret olaraq, təyyarəmizin Rusiya ərazisində vurulması, raketin növü müəyyənləşib. Rusiya hələ də çevik, adekvat siyasət həyata keçirmir. Kreml hədiyyə yağdırdığı ekspertlər, siyasətçilərə dur deməlidir. Onların qarşısı alınmalıdır. Çünki belə bir rəy yanır ki, ölkə rəhbərliyi tərəfindən məsələyə münasibət rasionaldır, lakin digər tərəflərdə bunun əksi baş verir. Burada bir uyğunsuzluq var. Media, televiziya, digər nəşrlər Kremldən idarə olunur”. 

Leyla Turan
Demokrat.az
Seçilən
17
50
demokrat.az

10Mənbələr