AZ

"İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlər daha da pisləşəcək" - Deputat



2 il əvvəl Tehranda səfirliyimizə edilmiş silahlı basqın molla rejiminin təşkilatçılığı ilə baş vermişdir. Məhz silahlı hücum zamanı 40 dəqiqə ərzində hüquq-mühafizə orqanlarının ora gəlməməsi, səfirlik mühafizəçisinin hücum edənə heç bir müqavimət göstərmədən kənara çəkilməsi qurulmuş senari idi. Amma səfirliyimizin əməkdaşlarına gülləyə atılsa da, müqavimət göstərildi və həmin cinayətkarı tərksilah edərək İranın hüquq mühafizə orqanlarına təhvil verdi. Azərbaycan dövlətinə qarşı törədilmiş bu terror aktına İran dövləti tərəfindən ciddi yanaşılmamasının nəticəsidir ki, hadisədən iki il keçməsinə baxmayaraq hələ də cinayətkar layiqli cəzasını almayıb. İran dövləti müxtəlif yollarla cinayətkarı gizlətməyə və cəzadan yayındırmağa çalışdı. Amma dövlətimiz cinayətkarların edam cəzası ilə cəzalandırılmasında israrlıdır və bu məsələ iki dövlət arasında münasibətlərin gələcək inkişafına təsir göstərə bilər. İranda xırda cinayətkarların da edam cəzasına məhkum edilməsi sadə bir məsələdir. Amma səfirliyimizə edilmiş hücumun təşkilatçıları haqqında məlumat verilmir və terrorçu layiqli cəzasını almır”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov açıqlamasında bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanla İran arasındakı münasibətlər tarixin minimumuna enmişdir.

“İran Ermənistana və Qarabğdakı keçmiş separatçılara açıq şəkildə dəstək göstərməyə davam etmişdi. Dövlət orqanlarımız İranın bu hərəkətlərini faktlarla ifşa etdi. Sonra sərhəddə hərbi təlimlərin keçirilməsinə başlandı. Təbii ki, biz də adekvat addımlar atdıq və heç nədən qorxmadığımızı və lazım gələndə adekvat cavab verməyə hazır olduğumuzu nümayiş etdirdik. İran hərbi demarşların bir nəticə vermədiyini görüb səfirliyimizə hücum təşkil edərək xalqımızı qorxutmağa çalışdı. Dövlətimiz səfirliyimizi bağladı və əməkdaşlarımızı geri çağırdı. İndi İran trərəfinin yüksək səviyyədə xahişilə səfirliyimiz yeni binada fəaliyyətini bərpa edib. Amma İranın təxribat əməlləri dayanmır və Ərdəbil mollaların əli iə öz qəzəbini sərgiləryir. Azərbaycan dövləti səfirliyimizə hücum edən caninin edamını gözləyir. Əgər İran özünün düşmənçilik yolundan əl çəkməsə, iki ölkə arasındakı münasibətlərin daha da pisləşəcəyini hesab edirəm.

Əslində Azərbaycan İran üçün etibarlı tərəfdaşdır. İqtisadi əməkdaşlığımızın genişləndirlməsi üçün geniş imkanlar var və hökumətlərarası komissiya bu imkanların reallaşdırılmasına çalışır. Təbii ki, iqtisadi əməkdaşlığımız qarşlıqlı fayda üzərində qurulur. Siyasi münasibətlərin inkişafı İranın özünün bizə qarşı münasibətindən asılıdır. Təbii ki, İran siyasi münasibətlərində yaranmış çatların aradan qaıldırılmasına cəhd edərsə, ölkəmiz də bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Azərbaycan Ermənistandan fərqli olarq öz ərazilərində NATO-nun bazalarını yaratmağa cəhd etmir”-deyən deputat vurğulayıb ki, dövlətimiz müstəqil siyasət yürüdür və siyasətimiz heç bir dövlətin maraqlarının əksinə deyil, bu baxımdan İranın da Azərbaycana qarşı baxışlarını dəyişməyin tam zamanıdır.

İradə Cəlil, Bizimyol.info



Seçilən
4
49
aia.az

10Mənbələr