AZ

“Microsoft” TikTok-u almaq üçün danışıqlar aparır

“Microsoft”

ABŞ Prezidenti Donald Tramp “Microsoft”un TikTok-u əldə etmək üçün danışıqlar apardığını bildirib.

Reyting.az
xəbər verir ki, bu barədə “Guardian” nəşri yazıb.

“Mən “bəli” deyərdim”, - Tramp suala cavabında deyib və əlavə edib ki, TikTok-a böyük maraq var.

Qeyd olunur ki, bu, “Microsoft”un TikTok əldə etmək üçün ikinci cəhdidir. Birinci cəhd 2020-ci ildə olub və danışıqlar nəticə verməyib.

Təxminən 170 milyon amerikalı istifadəçisi olan TikTok hazırda D. Tramp administrasiyası tərəfindən 75 günlük möhlət altındadır. Keçən həftə media orqanları Tramp administrasiyasının TikTok-u almaq üçün bir neçə şirkətlə danışıqlar apardığını və çox güman ki, yaxın 30 gün ərzində məşhur tətbiqin gələcəyi ilə bağlı qərar verəcəyini bildirib.

Bundan əvvəl ABŞ-da TikTok-un alınmasına iddialılardan birinin İlon Mask olduğu və Trampın da onu dəstəkləyəcəyi bildirilirdi.

V. QULİYEV
Seçilən
8
50
reyting.az

10Mənbələr