Şabran rayonunun Zeyvə kəndində beşyaşlı uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, Şabran Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə çağırış 26 yanvar, saat 12:00-da daxil olub.
"Çağırışa əsasən, 2019-cu il təvəllüdlü şəxsə (kişi cinsli) yardım göstərilməsi məqsədilə təcili yardım briqadası hadisə yerinə yola düşüb. Lakin briqada hadisə yerinə çatdığı zaman həkiməqədər ölüm faktı qeydə alınıb", - deyə məlumatda vurğulanır.