AZ

Meloniyə şok xəbər – Araşdırma, istintaq başladıldı

İtaliya prokurorları Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandirinin İtaliyada saxlanması və sonradan sərbəst buraxılması ilə əlaqədar Baş nazir Giorgia Meloni barəsində araşdırmalara başlayıb.

Heftelik.az-ın xəbərinə görə,  bu barədə Giorgia Meloni özü məlumat verib.

İtaliyanın baş naziri və hökumətin bir çox üzvü haqqında istintaq başladılıb.

İtaliya prokurorları BCM tərəfindən həbs qərarı çıxarılan liviyalı səhra komandiri Usama Elmasri Njeemin saxlanılması və sonradan azad edilməsi ilə bağlı Baş nazir, ədliyyə naziri Karlo Nordio, daxili işlər naziri Matteo Piantedosi və Nazirlər Kabinetinin katibi Alfredo Mantovoya qarşı istintaq başladılması ilə bağlı göstəriş verib.

Cinayətə köməklik etmək və dövlət vəsaitindən sui-istifadə etmək iddiasıyla təhqiqat aparıldığını deyən Giorgia Meloni şantaja təslim olmayacağını, onu qorxutmağa imkan verməyəcəyini deyib: “İtaliyanın dəyişməsini və daha yaxşı olmasını istəyirəm”.

Qeyd edək ki, keçən həftə insanlığa qarşı cinayətlər törətdiyinə görə BCM-nin həbs qərarı əsasında Turində saxlanılan Njeem azad edilərək İtaliyanın rəsmi təyyarəsi ilə Liviyaya göndərildikdən sonra istintaq başladılıb.

İstintaqın qərardan şikayət edən vəkil Luisi Li Gotti tərəfindən başladığı güman edilir.

BCM İtaliya hökumətindən qərarla bağlı məsləhətləşmədiyini bildirərək izahat istəyib.

Seçilən
10
14
heftelik.az

10Mənbələr