"Rəqibin güclü, zəif tərəflərini bilirdik və layiqli qələbə qazandıq".
Sportinfo.az xəbər verir ki, bunu NTD basketbol komandasının baş məşqçisi Tahir Baxşıyev "Lənkəran"a 87:73 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu ilə bağlı danışarkən deyib.
Mütəxəssis maraqlı matça şahidlik etdiklərini bildirib:
“Kubokda fərqli limit səbəbindən sistem tamamilə dəyişir. Çətin idi. Amma düşünürəm ki, oyun maraqlı alındı.
Uşaqlar hər şeyi düzgün etdilər. Kubokun 1/4 finalında bizi “Şəki”yə qarşı görüş gözləyir. Çox güclü rəqibdir.
Turnir cədvəli də bunu sübut edir. Onlar öz qruplarında liderlik edirlər. Çətin olacaq. Amma bu matça hazır olacağıq”.