AZ

Azərbaycanın basketbol yığmalarının Avropa çempionatındakı rəqibləri bəlli olub

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycanın yeniyetmə oğlan və qız basketbolçulardan ibarət yığmalarının Avropa çempionatının qrup mərhələsindəki rəqibləri məlum olub.

Azərbaycan Basketbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, oğlanlardan ibarət U-18 komandası B divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya seçmələri ilə qarşılaşacaq. Oyunlar iyulun 25-dən avqustun 3-dək Rumıniyanın Piteşti keçiriləcək.

18 yaşadək qızlardan ibarət yığma da B divizionunun B qrupunda çıxış edəcək. Komanda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya ilə üz-üzə gələcək. Görüşlər iyulun 5-13-də Litvanın Alitus və Vilnüs şəhərlərində reallaşacaq.

İyulun 5-13-də Albaniyanın Tirana şəhərində 16 yaşlı oğlanlar arasında keçiriləcək Avropa çempionatının C divizionunda mübarizə aparacaq Azərbaycan millisi isə Lüksemburq, Andorra, San Marino və Cəbəllütariqlə B qrupuna düşüb.

Qızlardan ibarət U-16 yığmamız isə avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində təşkil ediləcək Avropa çempionatının B divizionunda mübarizə aparacaq. Millimiz B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq seçmələri ilə üz-üzə gələcək.

Seçilən
4
9
azertag.az

10Mənbələr