AZ

119 saylı Ağdam seçki dairəsində 39 məntəqə bələdiyyə seçkilərinə qoşulub (FOTO)

Ağdam. Trend:

119 saylı Ağdam seçki dairəsində 39 məntəqə bələdiyyəseçkilərinə qoşulub.

119 saylı Ağdam Seçki Dairəsinin Dairə Seçki Komisiyasının sədriSahil Əliyev Trend-in yerli müxbirinə açıqlamasında bildirib ki, 8bələdiyyə üzrə 84 yer uğrunda 170 nəfər namizəd mübarizəaparır.

544 müşahidəçi isə seçkilərin gedişatını izləmək üçünməntəqələrdə iştirak edir. Seçki məntəqələrinin 4-də seçkiningedişatını internet üzərindən izləmək üçün kameralar quraşdırılıb.38 085 seçici öz hüququndan istifadə edir. Səhər saatlarındanməntəqəyə üz tutan seçicilər öz konstitusion hüquqlarından istifadəedirlər.

Seçki hüququndan istifadə edən seçicilər və müşahidəçilərseçkilərin demokratik şəkildə keçirildiyini və heç bir qanunpozuntusuna rast gəlmədiklərini deyirlər.

Hazırda seçki prosesi davam edir.

Qeyd edək ki, bu gün Azərbaycan bələdiyyə seçkiləri keçirilir.Seçki məntəqələri səhər saat 08:00-da açılıb.

Bələdiyyə seçkilərində 118 seçki dairəsində 685 bələdiyyəyə 8071 üzv seçiləcək. 16 092 namizədin adı seçki bülletenlərinə daxiledilib. Səs vermək hüququna malik 5 961 987 seçicinin adı siyahıyadaxil edilib. Bələdiyyə seçkilərində MSK və dairə seçkikomissiyalarında 70 625 müşahidəçi akkreditasiyadan keçib. 1000seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Səsvermə prosesi saat 19:00-dək davam edəcək.

119
119
119
119
119
119
119
119
119
Seçilən
3
50
az.trend.az

10Mənbələr