AZ

Rubio: "HƏMAS-ın Qəzzaya qayıdışı yolverilməzdir"

BusözləriABŞ Dövlət katibi Marko Rubio Misirin xarici işlər naziri Bədr Əbdülati ilə telefon danışığı zamanı dilə gətirib. Tərəflər Qəzzadakı cari hadisələr ətrafında müzakirə aparıblar.

Rubio Qəzzada atəşkəs və əsir mübadiləsi üzrə razılaşmada Misirin vasitəçi rolunu, habelə humanitar yardımını yüksək qiymətləndirib. Digər tərəfdən, ABŞ Prezidenti Donald Tramp da ötən günlərdə belə bir təklif irəli sürmüşdü ki, Qəzza zolağında bərpa işləri aparıldığı dövrdə burada yaşayanfələstinlilər daha təhlükəsiz əraziyə, xüsusilə də Misirə köçürülməlidirlər.Bu təklif birmənalı qarşılanmayıb.

"Dövlət katibi HƏMAS-ın məsuliyyətə cəlbinin vacibliyini vurğulayıb. O deyib ki, terrorçuların idarə sisteminə qarışması açıq-aşkar təhlükədir",- Dövlət Departamenti müzakirədən sitat gətirib.
Lapid:"Tədbir görülməsə, HƏMAS dirçələcək"

Xatırladaq ki, dünən İsrailin müxalifət lideri Yair Lapid də oxşar ifadələr səsləndirib.

"İsrail hökuməti Fələstin Muxtariyyəti və digər regional qüvvələrlə daha geniş diplomatik danışıqlara başlamasa, HƏMAS terrorçuları yenidən Qəzzada güc toplayacaqlar. Beləliklə, tarixi fürsəti əldən verəcəyik. Birmənalı razılaşmaq lazımdır ki, İsrail Qəzza məsələsi üzrə danışıqlarda Fələstinin iştirakına icazə verməsə, zolağın idarəsi alternativsiz HƏMAS terrorçularına qalacaq",- Lapid söyləyib.

Firudin Həmidli
AzVision.az
Seçilən
13
7
azvision.az

10Mənbələr