AZ

Bələdiyyə seçkiləri - Modern.az məntəqələrindəki durumu müşahidə etdi - REPORTAJ

Bu gün Azərbaycanda yerli özünü idarəetmə orqanlarına növbəti - 6-cı seçkilər keçirilir. Bələdiyyə seçkiləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, ölkənin qalan bütün regionlarını əhatə edir. Səhər saat 8:00-da açılan seçki məntəqələri axşam 19:00-da bağlanacaq. 

Modern.az-ın əməkdaşı Bakıdakı bir neçə seçki məntəqəsində olub və müşahidələr aparıb.

İlk olaraq, 7 saylı Səbail Seçki Dairəsinin 10 saylı seçki dairəsində baş çəkdik.

Seçki məntəqəsinin sədri Lalə Əliyeva aktivlik olduğunu və indiyə kimi heç bir problem yaşanmadığını bildirdi:

“Hazırda aktivlik müşahidə olunur. Seçiçilər səhər tezdən səsverməyə gəlirlər. Bizim məntəqə üzrə 1153 seçici qeydiyyatdadır. Seçicilərimiz əvvəllər də aktiv olublar. Hələ ki biz gözləyirik ki, aktivlik daha da artacaq. Bu saaata kimi səsvermə prosesində heç bir problem yaşanmayıb. Seçki sakit formada keçir”.

Növbəti ünvanımız 7 saylı Səbail Seçki Dairəsinin 1 saylı məntəqəsi oldu.

Məntəqə sədri Rüfət Həsənov qeyd etdi ki, 30-a yaxın seçici artıq səs verib:

"İndiyə qədər səsəvermə ilə bağlı hər hansı problem olmayıb. Ümumulikdə 575 seçici qeydiyyatdadır. 31 namizədimiz var və onlardan 17-si seçilə biləcək”.


Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin binasında yerləşən 7 saylı Səbail Seçki Dairəsinin 8 saylı məntəqəsində aktivlik nəzərə çarpmasa da, sədr nikbinm danışdı:

“Seçkidə aktivlik əlbəttə, o qədər də yüksək deyil. Lakin hələ günün əvvəlidir. Düşünürəm ki, bir azdan aktivlik yüksələcək. Bu saata qədər təxminən 60-dan yuxarı seçici səs verib. Təcrübə də göstərir ki, günün ikinci yarısında seçicilərin sayı sürətlə artır. Bizim məntəqədə cəmi 1018 seçici qeyduyyatdadır. Gün ərzində aktivliyin yüksələcəyinə əminəm. Biz bunu əvvəlki seçkilərdə də görmüşük. Sadəcə, səhər 10-a qədər insanlar məntəqəyə az gəlirlər”.

Seçilən
17
30
modern.az

10Mənbələr