![rusiya](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2024/12/30/1/e93cd673-64cb-419a-9305-ec2c75caf1c7/aktau-azal-qeza.jpg)
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğramasının səbəbləri ilə bağlı aparılan araşdırmaların nəticələri ilə bağlı yaxın vaxtlarda ictimaiyyətə məlumat veriləcək.
Yeniavaz.com xəbər verir ki, bunu TASS-a Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.
“Azərbaycanın müvafiq strukturları AZAL sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaqda davam edir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyik”, - Hacıyev bildirib.