AZ

"Olimpiakos"un "ilk 8-lik" şansı 39,2 faizə bərabərdir - FOTO

"Qarabağ" "Georgios Karaiskakis" stadionunda "Olimpiakos"un qonağı olacaq.

İdman.biz xəbər verir ki, bu görüş meydan sahibləri üçün xüsusi əhəmiyyət kəsb edəcək.

Avropa Liqasının son qalibi olan Pirey təmsilçisi qələbə sayəsində "ilk 8-liy"ə düşməklə pley-offdan qaça bilər. 12 xalla 12-ci pillədə qərarlaşan "Olimpiakos"u 8-ci pillədən 2 xal ayırır. Yunanlarla yanaşı "Qalatasaray", "Bodo-Qlimt", "Viktoriya Plzen", "Reyncers", "Alkmar" və "Yunion" xoşbəxt klublar arasında yer almaq uğrunda mübarizə aparacaq.

Məşhur "Opta" təhlil şirkəti son tur ərəfəsində komandaların imkanlarını dəyərləndirib. Araşdırmalara görə, "Olimpiakos"un "ilk 8-liy"ə düşmək şansı daha yüksəkdir. Pireneylilər 39,2 faiz göstərici ilə siyahıya başçılıq edirlər. Ola bilər "Qarabağ" Avropa Liqasında uğursuz mövsüm keçirməsi təhlillər zamanı öz əksini tapıb. Cəmi 3 xal toplayan Azərbaycan çempionu yeganə qələbəni Norveç səfərində əldə edib. "Olimpiakos"un doğma azarkeşlər qarşısında uğurlu oyunu da vurğulamaq lazımdır. Xose Luis Mendilibarın yetirmələri Pireydə keçidikləri 3 oyunun 1-də qələbə qazansalar da, digər görüşlərdə qalib müəyyənləşməyib. Unutmaq olmaz ki, "Qarabağ" 2022-ci ildə Pireydə rəqibinə 3:0 hesabı ilə qalib gəlməyi bacarıb. Düzdür, indi komandaların vəziyyəti kifayət qədər fərqlidir və coşqulu yunan azarkeşlərin qarşısında eyni nəticəni təkrarlamaq heç də asan olmayacaq.

“Opta”nın hesablamalarına görə, "Olimpiakos"dan sonra "ilk 8-liy"ə düşmək üçün "Qalatasaray" 37,6 faizlə daha şanslı hesab olunur. Son turdan əvvəl 8-ci pillədə olan "Styaua"nun şansı 31,2, "Bodo Qlimt"in isə 23,6 faizə bərabərdir.

İdman.biz

Seçilən
7
50
idman.biz

10Mənbələr