AZ

ABŞ-də sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi "Sikorsky H-60" ("Black Hawk") hərbi helikopteri ilə toqquşub.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub.
Bildirilib ki, sərnişin təyyarəsi hərbi helikopterlə toqquşaraq Potomak çayına düşüb.
Qeyd olunub ki, qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.
İnsan itkisi və xəsarət alanlar barədə dəqiq məlumat hələ yoxdur.
Artıq ABŞ Prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.
Seçilən
7
27
oxu.az

10Mənbələr