Vaşinqtonda polis əməkdaşları Potomkax çayı sahillərindən qəzada həlak olan bir neçə sərnişinin meyitini tapıb.
Teleqraf.com xəbər verir ki, "American Airlines" təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.
Hazırda xilasedicilər çayda hava gəmilərinin sərnişinlərini axtarmaqla məşğuldur.
Son məlumatlara görə, ABŞ Müdafiə Nazirliyi Bombardier CRJ700 sərnişin təyyarəsinin və Sikorsky H-60 hərbi təyyarəsinin toqquşmasından sonra hava limanının rəhbərliyinə yardım üçün müraciət edib.
Müəllif: Teleqraf.com