AZ

SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftin BTC ilə tranzitinə başlayır

Bakı. Trend:

SOCAR Qazaxıstanın “Kaşağan” yatağından hasil edilən xam neftinBakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə tranzitinə başlayır.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verilib.

Yanvarın 25-də Aktau limanında tankerə yüklənən “Kaşağan”neftinin ilk partiyası təxminən 6 min ton təşkil edir. Yanvarın27-də Səngəçal terminalına çatan yük BTC vasitəsilə Ceyhan limanınadaşınacaq. İlk partiya Qazaxıstanın “KazMorTransFlot” şirkətininidarə etdiyi “Taraz” tankeri ilə daşınır. Bu, 2025-ci il yanvarın15-də SOCAR-ın törəmə şirkəti “SOCAR Midstream Operations” MMC ilə“KazMunayQaz”ın (KMG) törəmə şirkəti “KMG Trading” arasında ildə240 min ton “Kaşağan” neftinin tranziti üzrə sazişinimzalanmasından sonra mümkün olub.

2024-cü ilin martında SOCAR və KMG arasında AzərbaycanRespublikası ərazisindən neft tranzitinin mərhələli şəkildəartırılması haqqında saziş imzalanıb. Sənəd tədarük həcminin ildə2,2 milyon tona qədər artırılmasını nəzərdə tutur.

SOCAR və KMG arasında 2022-ci ilin noyabrında imzalanmış sazişildə 1,5 milyon ton “Tengiz” yatağı neftinin tranzitini nəzərdətutur. 2024-cü ilin fevralında Qazaxıstan neftinin Azərbaycanərazisindən tranzit edilən həcmlərinin mərhələli artırılmasıhaqqında saziş imzalanıb.

Qeyd edək ki, “Kaşağan” neftinin BTC vasitəsilə nəqlinəbaşlanması Azərbaycan ilə Qazaxıstan arasındakı dostluqmünasibətlərinin təzahürü olmaqla yanaşı, ölkələrimizinəməkdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.

Məqalədə:
Seçilən
6
13
az.trend.az

10Mənbələr