“Toyota” avtomobil satışında yenə dünya lideri oldu
Yapon avtomobil istehsalçısı “Toyota Motor” artıq beşinci ildir ki, avtomobil satışına görə dünyada birinci yeri tutur.
Yeniavaz.com xəbər verir ki, bunu yapon şirkətinin dərc etdiyi statistik məlumatlar sübut edir.
Məlumata görə, 2024-cü ildə şirkətin satış həcmlərinin 3,7% azalmasına baxmayaraq, “Toyota” dünya üzrə 10 821 480 avtomobil satıb.
Bu isə ona növbəti dəfə alman “Volkswagen”ini ötməyə və ardıcıl beşinci il dünyada birinci yeri tutmağa imkan verib.
Belə ki, alman konserni ötən il dünya üzrə təxminən 9,02 milyon avtomobil satıb - onun il ərzində satışları 2,3% azalıb.