AZ

17 yaşlı Röyalın anası: "Günlərdir dönər istəyir, onu belə ala bilmirəm"

17 yaşlı Röyalın dəstəyə ehtiyacı var.

Ölkə.az bildirir verir ki, bu barədə Oxu.az-a onun anası Gülbahar Əsgərova məlumat verib.

O bildirib ki, övladı beta-talassemiya xəstəliyindən əziyyət çəkir.

"Röyal bir müddət əvvəl vərəmli meningit keçirdi və nəticədə görmə qabiliyyətini itirdi. Bundan əlavə, o, beta-talassemiya xəstəsidir. Ayda iki dəfə qan köçürülür, müxtəlif ağır dərmanlar qəbul edir".

Gülbahar Əsgərova Röyalın onun yeganə övladı olduğunu qeyd edib:

"Röyal mənim tək övladımdır. İkinci dəfə ana olmaq şansım yoxdur, çünki özüm də ağır əməliyyat keçirmişəm. Atası ağır xəstədir, anam isə yataq xəstəsidir. Təkcə Röyalın pensiyası ilə dolanmağa çalışırıq. Röyal mənim yeganə ümid yerimdir, ondan başqa heç kimim yoxdur. Ona nəsə olsa, "ana" kəlməsinə həsrət qalaram. İnanın, vəziyyətimiz o qədər ağırdır ki, Röyal günlərdir dönər istəyir, onu belə ala bilmirəm.

Röyalın müalicəsi üçün 700 manata ehtiyacımız var. Yardımsevər insanlardan bizə dəstək olmağı, övladımı bu çətin vəziyyətdən qurtarmaq üçün kömək olmağı xahiş edirəm".

Ailə ilə əlaqə: (055) 486-20-09.

"Kapital Bank": 4169 7385 3638 0284.


Seçilən
4
21
olke.az

10Mənbələr