Vaşinqton yaxınlığında havada sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması ilə bağlı ABŞ Prezidenti Donald Tramp yazılı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Tramp hadisələri yaxından izlədiyini və insanların xilas olması üçün dua etdiyini bildirib.
"Helikopter uzun müddət birbaşa təyyarəyə doğru irəliləyirdi. Aydın bir gecə idi və təyyarənin işıqları yanırdı. Nə üçün idarəetmə qülləsi helikopterə təyyarəni görüb-görməmələrini soruşmaq əvəzinə nə edəcəyini söyləmədi? Qarşısını almaq mümkün olan qəza idi. Bu yaxşı deyil", - deyə Tramp qeyd edib.