2024-cü ilin dekabr ayında bankların kredit portfeli 109.5 milyon manat (0.4%) artaraq 27 milyard 477.7 milyon manata yüksəlib.
Modern.az Mərkəzi Banka istinadən xəbər verir ki, ümumilikdə, 2024-cü ildə bankların kredit portfeli 4 milyard 294.7 milyon manat artıb. Bu artımın böyük hissəsi biznes kreditlərindən (2 milyard 170.4 milyon manat), istehlak kreditlərindən (1 milyard 508 milyon manat) və ipoteka kreditlərindən (616.4 milyon manat) əldə edilib.
Bankların kredit portfelində vaxtı keçmiş kreditlərin payı isə 0.3 faiz bəndi azalaraq 1.5%-ə düşüb. Bu da, bankların kreditləşmə siyasətindəki nəzarətin gücləndiyini və risklərin azaldığını göstərir.