UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü sabah atılacaq.

Offsideplus.az xəbər verir ki, bu mərhələdə hər klub üçün 2 mümkün rəqibin adı bəllidir.

İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatmada Liqa mərhələsində 9-24-cü yerləri tutan komandalar 8 cüt təşkil edəcək..

Liqa mərhələsində 9-10-cu yeri tutanlar 23-24-cü, 11-12-ci yerin sahibləri 21-22-ci, 13-14-cü pillədəkilər 19-20-ci, 15-16-cı olanlar isə 17-18-ci yerlərdəki komandalarla qarşılaşacaqlar.

Pley-off mərhələsinin mümkün cütləri:

"Monako” (Fransa)/“Brest” (Fransa) – PSJ (Fransa)/“Benfika” (Portuqaliya)

“Sportinq” (Portuqaliya)/“Brügge” (Belçika) – “Atalanta” (İtaliya)/“Borussiya” (D.Almaniya)

“Seltik” (Şotlandiya)/“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya)/“Bavariya” (Almaniya)

“Yuventus” (İtaliya)/“Feyenoord” (Niderland) – PSV (Niderland)/“Milan” (İtaliya)

Çempionlar Liqasında püşk yeni reqlamentə əsasən atılacağından nümunə üçün qeyd edək ki, məsələn, "Mançester Siti" və "Seltik" ya "Real", ya da "Bavariya" ilə üz-üzə gələcək.