AZ

Dünya çempionu ABŞ-də qəzaya uğrayan təyyarədə olub

ABŞ-nin Vaşinqton şəhərində qəzaya uğrayan təyyarədə fiqurlu konkisürmə üzrə rusiyalı dünya çempionu Yevgeniya Şişkova və Rusiya millisinin üzvü Vadim Naumov olub. 

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb. Təyyarənin 18 sərnişininin meyiti çaydan çıxarılıb.

Pentaqon qəzaya uğrayan helikopterin orduya məxsus olduğunu açıqlayıb. 

Ağarza Elçinoğlu

Seçilən
4
30
unikal.az

10Mənbələr