AZ

Çingiz İsmayılovun xatirəsi “Masazır Arena”da yad ediləcək

Martın 23-də vəfat etmiş AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi bu gün bir dəqiqəlik sükutla yad ediləcək.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Azərbaycan milli komandasının Belarus yığması ilə bu gün “Masazır Arena”da keçirəcəyi yoxlama görüşündən əvvəl bir dəqiqəlik sükut elan ediləcək. Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda öz əksini tapacaq.

Qeyd edək ki, Azərbaycan – Belarus matçına saat 21:45-də start veriləcək.

Xatırladaq ki, Çingiz İsmayılov 1935-ci ildə Bakıda doğulub. O, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Bundan başqa, futbolçu Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib. 1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb. O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib. Futbol veteranı 2025-ci il martın 23-də, 89 yaşında dünyasını dəyişib.

Seçilən
65
5
arena.az

10Mənbələr