EN

“Çelsi” 1/8 finalın ilk iştirakçısı oldu - İCMAL

Dekabrın 12-də keçirilən oyunlarla Konfrans Liqasının (KL) əsas mərhələsinin 5-cü turu arxada qaldı. Bir komanda birbaşa 1/8 finalda oynamaq hüququ qazandı.

4-cü turdan sonra 12 xalla turnir cədvəlində şərikli lider olan iki komandadan biri büdrədi. Əsas mərhələdə qələbələri sıralayan “Legiya”nın öz meydanında “Luqano”ya 1:2 hesabıyla uduzması bir qədər gözlənilməz oldu. Polşa komandası vahid liqada ilk dəfə qapısında birdən-birə iki top gördü. Məğlubiyyət varşavalıları 4-cü pilləyə saldı. “Çelsi” isə növbəti qələbə ilə maksimum nəticəni davam etdirdi. İngiltərə klubunun hətta qeyri-optimal heyətlə belə Qazaxıstandan qələbə ilə dönmək ehtimalı çox idi. Qeyd edək ki, heyətin çox geniş olması baş məşqçi Entso Mareskaya premyer-liqada daha az şans qazanan və ya qazanmayan oyunçulardan KL-də yararlanmaq imkanı verir. “Astana” londonlulara bacardığı qədər müqavimət göstərməyə çalışdı və sonda 1:3 hesabıyla uduzdu. Ardcıl 5-ci qələbə “Çelsi”yə birbaşa 1/8 finala vəsiqə verdi.

KL-in əsas mərhələsində iştirak edən qitənin 5 aparıcı liqasından olan 4 komandadan daha ikisi qələbə qazandı. LASK-ı 7 cavabsız qolla darmadağın edən “Fiorentina” avrokuboklarda ən böyükhesablı qələbəsini qazandı. İlk 4 turda hesabına yalnız 4 xal yaza bilən “Betis” Moldovada “Petrokub”a minimal hesabla qalib gəldi. “Haydenhaym” isə “İstanbul BŞ”yə məğlub oldu - 1:3.

Hesabat turundan sonra 15 komandanın azı pley-offda oynayacağına aydınlıq gəldi. Azarkeşlərini sevindirənlər APOEL, “Gimaraynş”, “Gent”, “Kopenhagen”, “Legiya”, “Luqano”, “Olimpiya”, “Pafos”, “Rapid”, “Serkl Brügge”, “Fiorentina”, “Haydenhaym”, “Şemrok Rovers”, “Yurqorden” və “Yagelloniya”dı. Vahid liqa mərhələsinin finişi ərəfəsində son iki yeri tutan “Petrokub” ilə “Larn” isə pley-offa çıxmaq şansını itirdilər.

əsas mərhələ, 5-ci tur
Astana (Qazaxıstan) - Çelsi (İngiltərə) 1:3
Tomasov, 45 – Qiyu, 14; 18. Veyqa, 39.
Çelsi: Yorgensen, Adarabioyo, Disasi, Açeamponq, Veyqa, Rak-Sakyi (Dayer, 86), Çukvuemeka (Veyl, 86), Dyusberi-Holl, Netu (Ampa, 46), Qiyu (Meyka, 78), Corc.
Fiorentina (İtaliya) - LASK (Avstriya) 7:0
Sottil, 10; 58. İkone, 22. Riçardson, 39. Mandraqora, 69. Stoykoviç, 82-öz qapısına. Qudmundsson, 85-p.
Fiorentina: Martinelli, Parizi, Ranyeri (Moreno, 46), L.Martines, Mandraqora, Kayode, Sottil (Beltran, 61), Riçardson (Harder, 76), İkone (Kolpani, 68), Ken (Qudmundsson, 61), Kuame.
Petrokub (Moldova) - Betis (İspaniya) 0:1
Bakambyu, 54.
Betis: Adrian, R.Rodriges, Natan, Lyorente, Ruibal, Kardozo (Altimira, 46), Flores, Avila, Diao, Bakambyu (Roke, 81), X.Rodriges (Ezzalzuli, 46).
İstanbul BŞ (Türkiyə) - Haydenhaym (Almaniya) 3:1
Turuç, 6. Krespo, 18. Pyontek, 68 – Qonsak, 61.
Vikinqur (İslandiya) - Yurqorden (İsveç) 1:2
Siqyurpalsson, 72 – Kosuqi, 62. Vikheym, 65.
Dinamo-Minsk (Belarus) - Larn (Şimali İrlandiya) 2:0
Qavriloviç, 67-p. Jerdev, 73.
Noy (Ermənistan) - APOEL (Cənubi Kipr) 1:3
Mateus Ayas, 45+4 – Şabak, 23. Kostadinov, 89. Abanya, 90+3.
Kopenhagen (Danimarka) - Harts (Şotlandiya) 2:0
Şeyha, 48. Diks, 78-p.
Legiya (Polşa) - Luqano (İsveçrə) 1:2
Morişita, 11 – Bottani, 40. Haydari, 79.
HİK (Finlandiya) - Molde (Norveç) 2:2
İrvin, 32. Meriluoto, 90+2 – İhler, 14; 27.
Olimpiya (Sloveniya) - Serkl Brügge (Belçika) 1:4
Blanko, 5 – Olayqbe, 2; 81. Filipe Auqusto, 24. Denke, 72.
Gent (Belçika) - TSÇ (Serbiya) 3:0
Din, 8-p. Qandelman, 13. Surdes, 20.
Omoniya (Cənubi Kipr) - Rapid (Avstriya) 3:1
Kakulli, 52. Semedo, 66. Alium, 90+6 – Belyo, 62.
Şemrok Rovers (İrlandiya) - Borats (Bosniya və Hersoqovina) 3:0
Kenni, 12; 64. Farruca, 56.
Nyu Seynts (Uels) - Panatinaikos (Yunanıstan) 0:2
Curiçiç, 15. İoannidis, 62-p.
Mlada Boleslav (Çexiya) – Yagelloniya (Polşa) 1:0
Vıdra, 76.
Sankt Qallen (İsveçrə) - Gimaraynş (Portuqaliya) 1:4
Çobot, 66 – Joao Mendeş, 33. Qustavo Kunya, 54. Alberto Koşta, 84. Samu, 90+4.
Pafos (Cənubi Kipr) - Selye (Sloveniya) 2:0
Draqomir, 48. Korreya, 63.

1. Çelsi 5 5 0 0 21-4 15
2. Gimaraynş 5 4 1 0 12-5 13
3. Fiorentina 5 4 0 1 17-6 12
4. Legiya 5 4 0 1 12-2 12
5. Luqano 5 4 0 1 9-5 12
6. Şemrok Rovers 5 3 2 0 11-4 11
7. Serkl Brügge 5 3 1 1 13-6 10
8. Yagelloniya 5 3 1 1 10-5 10
9. Rapid 5 3 1 1 8-5 10
10. APOEL 5 3 1 1 7-4 10
11. Yurqorden 5 3 1 1 8-6 10
12. Pafos 5 3 0 2 9-5 9
13. Gent 5 3 0 2 8-7 9
14. Olimpiya 5 3 0 2 7-6 9
15. Haydenhaym 5 3 0 2 6-6 9
16. Kopenhagen 5 2 2 1 8-6 8
17. Betis 5 2 1 2 5-5 7
18. Vikinqur 5 2 1 2 6-7 7
19. Panatinaikos 5 2 1 2 6-7 7
20. Borats 5 2 1 2 4-7 7
21. Omoniya 5 2 0 3 7-7 6
22. Mlada Boleslav 5 2 0 3 4-6 6
23. Harts 5 2 0 3 4-7 6
24. İstanbul BŞ 5 1 2 2 8-11 5
25. Selye 5 1 1 3 10-11 4
26. Molde 5 1 1 3 6-8 4
27. TSÇ 5 1 1 3 6-10 4
28. Astana 5 1 1 3 3-7 4
29. HİK 5 1 1 3 3-8 4
30. Sankt Qallen 5 1 1 3 9-17 4
31. Noy 5 1 1 3 3-12 4
32. Nyu Seynts 5 1 0 4 3-7 3
33. Dinamo-Minsk 5 1 0 4 4-9 3
34. LASK 5 0 2 3 3-13 2
35. Petrokub 5 0 1 4 2-11 1
36. Larn 5 0 0 5 2-12 0

Bombardirlər: Kenni (Şemrok Rovers), Nkunku (Çelsi), Pyulyulyu (Yagelloniya) - 5.

Chosen
70
2
football-plus.az

10Sources