“Şamaxı” futbolçusu Zahid Mərdanovla yollarını ayırıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zahid Mərdanov 2023-cü ilin yanvarından "Şamaxı"da oynayırdı.
Klub Zahid Mərdanova göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.