EN

Donald Trampın ABŞ-ın genişləndirilməsi zərurəti ilə bağlı bəyanatları Rusiyanı daha da şirnikləndirə bilər

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın ABŞ-ın ərazisinin genişləndirilməsi zərurəti ilə bağlı bəyanatları və təhdidləri Rusiya və Çin üçün də faydalı ola bilər.

Editor.az bildirir ki, bu nəticə Britaniyanın “Financial Times” (FT) qəzetində dərc olunan məqalədə yer alıb. Məqalədə qeyd olunur ki, Trampın Qrenlandiya üzərində mümkün nəzarət və Panama kanalının qaytarılması ilə bağlı bəyanatları Ukrayna və Tayvan kontekstində Moskva və Pekinə öz milli maraqlarını müdafiə etmək imkanı verir. Bununla bağlı FT respublikaçıların bu cür bəyanatlarını Rusiya və Çinə “mütləq hədiyyə” adlandırıb.

Dekabrın sonunda “New York Post” qəzeti ABŞ-ın seçilmiş prezidentinin Panama kanalını qaytarmaq niyyətində olduğunu yazıb. Donald Tramp həmçinin açıq şəkildə “Amerikanın milli təhlükəsizliyi və bütün dünyada azadlıq naminə” Qrenlandiyaya nəzarəti ələ keçirəcəyini vəd edib. O, hərbi güc tətbiq etməyəcəyinə söz verməyib. Amerikanın “Patriot Polling” təşkilatının sorğusuna əsasən, Qrenlandiyada respondentlərin əksəriyyəti ABŞ-a qoşulmağı dəstəkləyir. Öz növbəsində Panama prezidenti Xose Raul Mulino BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyinə söz verib.

//Samir Qurbanov, Editor.az

Chosen
25
24
editor.az

10Sources